EN

"İlin sonunadək azad olunmuş ərazilədə daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir"

"Azərbaycan Prezidentinin rəhbərliyi ilə azad olunan bütün yaşayış məntəqələrində olduğu kimi, Xocalı da yenidən qurulur və inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxil olmaqla Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb".
 
Redaktor.az
xəbər verir ki, bu fikirləri Milli Məclisində deputat Vüqar Bayramov dedi. 

O vurğuladı ki, uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur: 

"75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə 150 mindən çox vətəndaşımızın yaşayacağı deməkdir. İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, o cümlədən intensiv məskunlaşma bu gün Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir".

Nuriyyə NATİQQIZI

Chosen
12
1
redaktor.az

2Sources