EN

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisinin Avropa çempionatının II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

SİA Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, yığma martın 27-dən 29-dək İspaniyanın ev sahibliyi edəcəyi C qrupunda mübarizə aparacaq.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.

C qrupu

27 mart

20:00. Estoniya – Niderland

22:30. İspaniya – Azərbaycan

28 mart

20:00. Niderland – Azərbaycan

22:30. Estoniya – İspaniya

29 mart

20:00. Azərbaycan – Estoniya

22:30. Niderland – İspaniya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
5
sia.az

10Sources