EN

Azərbaycan cüdoçusu əməliyyat olunduğu üçün ilin ilk "Böyük Dəbilqə" turnirlərini buraxır

Azərbaycan cüdoçusu Elcan Hacıyevin (90 kq) 2026-cı ilin ilk iki "Böyük Dəbilqə" turnirinə qatılmamasının səbəbi müəyyənləşib.

Aznews.az xəbər verir ki, Bu barədəAzərbaycan Cüdo Federasiyasından bildirilib.

23 yaşlı idmançı fevralın əvvəlində əməliyyat olunub və hazırda bərpa prosesi keçir. Onun tatamiyə qayıtması həkimlərin qərarından asılı olacaq.

E.Hacıyev fevralın əvvəlində Fransanın paytaxtı Parisdə baş tutan "Böyük Dəbilqə"də iştirak etməyib. O, bu ayın sonunda Özbəkistanda təşkil olunacaq yarışda da mübarizə aparmayacaq.

Bundan əlavə, Uşanqi Kokauri (+100 kq) və Zelim Tçkayev (81 kq) də fevralın 27-dən martın 1-dək baş tutacaq turnirə qatılmayacaqlar.

Chosen
17
1
aznews.az

2Sources