
Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən təşkil olunacaq yarış fevralın 27-dən martın 1-dək baş tutacaq. Turnirdə kişilərdən ibarət yığma baş məşqçi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət milli isə baş məşqçi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək yarışda 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq. Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Turnirdə iştirak edəcək heyət:
Kişilər:60 kq: Əhməd Yusifov, Balabəy Ağayev66 kq: Nizami İmranov, Turan Bayramov73 kq: Kamran Süleymanov, Hidayət Heydərov81 kq: Ömər Rəcəbli90 kq: Murad Fətiyev100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov+100 kq: Camal Qamzatxanov, Kənan Nəsibov
Qadınlar:48 kq: Könül Əliyeva, Şəfəq Həmidova52 kq: Aydan Vəliyeva, Leyla Əliyeva63 kq: Fidan Əlizadə70 kq: Südabə Ağayeva+78 kq: Madina Kaisinova