EN

Meyvezer və Pakyao arasında revanş döyüşünün tarixi açıqlandı

Boks dünyasının əfsanəvi simaları – Floid Meyvezer və Menni Pakyao 19 sentyabr 2026-cı ildə yenidən üz-üzə gələcəklər.

90deqiqe.Az xəbər verir ki, görüş Las-Veqasdakı Sphere arenasında keçiriləcək. Döyüşün dünya üzrə canlı yayımı isə "Netflix" platforması vasitəsilə təşkil olunacaq.

Son illərdə hər iki veteranın keçirdiyi sərgi xarakterli döyüşlərdən fərqli olaraq, bu qarşılaşma peşəkar status daşıyacaq. Meyvezer revanşa məğlubiyyətsiz – 50 qələbə (27 nokaut) göstəricisi ilə çıxacaq. Pakyaonun aktivində isə 62 qələbə (39 nokaut), səkkiz məğlubiyyət və üç heç-heçə var.

Rəqiblər arasında ilk qarşılaşma 2015-ci ilin mayında baş tutmuş və “Əsrin döyüşü” adlandırılmışdı. Həmin vaxt amerikalı boksçu filippinli rəqibini məğlub edərək yarımağır çəki dərəcəsində WBA, WBC və WBO versiyaları üzrə dünya çempionu titullarını qorumuşdu.

Qeyd edək ki, həmin döyüş boks tarixinin ən kommersiya baxımından uğurlu qarşılaşmalarından biri kimi yadda qalıb.

Chosen
14
90deqiqe.az

1Sources