EN

"Qarabağ" möcüzəyə imza atacaq? - DAHA ƏVVƏL EDƏNLƏR

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.

Apasport.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq.

Komandamız səfərdə “Nyukasl”ın qonağı olacaq. Ağdam təmsilçisi ilk matçda 1:6 hesabı ilə məğlub olduğu rəqiblə “Sent Ceyms Park”da duelə çıxacaq.

“Köhlən atlar”ın mərhələ adlaması real görünməsə də, Çempionlar Liqası tarixində geridönüşlərə imza atan komandaların sayı heç də az deyil.

Düzdür, turnirdə ilk oyunda 5 top fərqi ilə məğlub olub, ikinci qarşılaşmada mərhələ adlayan komanda olmayıb. Lakin 4 və 3 topluq fərqləri aradan qaldırmağın bacaran klublar var. 

Çempionlar Liqasında ən böyükhesablı geridönüşə “Barselona” imza atıb. Kataloniya təmsilçisi 1/8 final mərhələsinin ilk matçında PSJ-yə 0:4 hesabı ilə məğlub olsa da, cavab görüşündə 1/4 finala vəsiqə qazanmağı bacarıb.

La Liqa nəhəngi 1985/86 mövsümündə daha bir dəfə inanılmazı bacarıb. Komanda “Göteborq”la 3 topluq fərqi aradan qaldırıb və penaltilər seriyasında növbəti mərhələyə yüksəlib.

Türkiyə təmsilçisi “Qalatasaray” da belə geridönüşlərdən birinə imza atıb. İstanbullular “Naşatel Çamaks”a 0:3 hesabı ilə uduzsa da, cavab matçında rəqibinə “divan tutub” – 5:0.

ÇL tarixində geridönüşlər (3 və daha çox fərq):

Mövsüm

Mərhələ

Mərhələ adlayan

Rəqib

İlk oyun

Cavab oyunu

2016/17

1/8 final

"Barselona"

PSJ

0:4

6:1

2018/19

yarımfinal

"Liverpul"

"Barselona"

0:3

4:0

2017/18

1/4 final

"Roma"

"Barselona"

1:4

3:0

2003/04

1/4 final

"Deportivo"

"Milan"

1:4

4:0

1993/94

ilk mərhələ

"Kopenhagen"

"Linfild"

0:3

4:0

1988/89

1/8 final

"Qalatasaray"

"Naşatel Çamaks"

0:3

5:0

1988/89

ilk mərhələ

"Verder Bremen"

"Dinamo Berlin"

0:3

5:0

1985/86

yarımfinal

"Barselona"

"Göteborq"

0:3

3:0 (p. 5:4)

1975/76

1/8 final

"Real Madrid"

"Derbi Kaunti"

1:4

5:1

1974/75

1/8 final

"Sent-Ettyen"

"Hayduk" 

1:4

5:1

1970/71

yarımfinal

"Panatinaikos"

"Srvena Zvezda"

1:4

3:0

1965/66

1/4 final

"Partizan"

"Sparta Praqa"

1:4

5:0

1963/64

ilk mərhələ

"Yunesse Eş"

"Haka"

1:4

4:0

1958/59

ilk mərhələ

"Şalke"

"Kyopenhavns"

0:3

5:2

 

"Yuventus" - "Qalatasaray" matçını bu hakim idarə edəcək

Xoni Montiel: “Əgər ikinci hissədəki kimi çıxış etsək…”

Qurban Qurbanov: “Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur”

“Qarabağ”ın matçı italiyalılara tapşırıldı

Konfrans Liqası: “Samsunspor” və “Fiorentina”dan qələbə - YENİLƏNİB

Chosen
12
1
apasport.az

2Sources