"Artıq Xocalı şəhəri və kəndlərinin məskunlaşması davam edir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3602 nəfər köçürülüb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Təbii ki, bu, son rəqəm deyil. Bərpa-quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Bircə faktı qeyd etmək kifayətdir ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilin sonunadək 8 şəhərin sakinlərinə qovuşması hədəflənmişdir. Artıq cari ilin əvvəlində bu hədəf reallığa çevrildi. Belə ki, Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xocalı, Ağdam şəhərlərinin sırasına bu ilin 21 yanvar tarixində Xankəndi şəhəri də yazıldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31