İkiaylıq fasilədən sonra ötən gün 2-ci liqa həyəcanı başladı. İlk oyun günü maraqlı nəticələrlə yadda qaldı. 4 oyun keçirildi, hər birində meydan sahibləri məğlub oldu.
"Football-plus.az" xəbər verir ki, aşkar autsayderi “Araz Saatlı” “6-lığ”a iddialı “Şirvan”ı qəbul etdi. Ev sahibləri məğlub olsa da, əzmkar oyunu ilə diqqəti çəkdi, 1 xalı 89-cu dəqiqədə penaltidən buraxılan qolla əldən verdi. 7-8-ci yerləri bölüşən “Kür-Araz”la “Dinamo”nun oyunu maraqla gözlənilirdi. 6 qolun vurulduğu oyunda “polislər” qələbə qazandı.
“Göygöl”lə “Quba”nın dueli ilk dövrədə heç-heçə bitmişdisə, bu dəfə Şimal təmsilçisi qələbə qazandı. Qışda 12 futbolçusu ilə vidalaşan “Quba” yüksək pillələrə iddiasını davam etdirir. “Ağstafa Gəncləri” isə səfərdə “Ağdaş”ı minimal hesabla məğlub edərək 9-cu pilləyə yüksəldi.
Bu gün daha iki oyun keçiriləcək. “Xankəndi” yaranandan bəri uduzduğu yeganə komandanı - “Qaradağ Lökbatan”ı qəbul edəcək. “Şəki” isə “Şəmkir”in qonağı olacaq. Yeri gəlmişkən, “Şəki” baş məşqçi postuna Firuddin Mövsümovu gətirib. Onunla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
2-ci liqa, 15-ci tur
23 fevral
Araz Saatlı - Şirvan 1:2
Xəyal Bədirov, 29 - Xəyal Bədirov, 42-öz qapısına. Ülvi Quliyev, 88.
Kür-Araz - Dinamo 2:4
Elxan Məmmədov, 23-p.; 90+1 - Valeh Seyidov, 7; 36; 81-p. Əli Abbasov, 78.
Göygöl - Quba 0:2
Vidadi Cəfərov, 57. İmran Azaxov, 90+3.
Ağdaş - Ağstafa Gəncləri 0:1
Əli Bağırov, 27.
24 fevral
Xankəndi - Qaradağ Lökbatan 0:0
Bakı. “Palms Sports Arena” (4-cü meydança). Saat 13.00.
Şəmkir - Şəki
Şəmkir. Olimpiya İdman Kompleksi. Saat 14.30.
Xal durumu: Qaradağ Lökbatan, Xankəndi – 39, Quba – 35, Şirvan – 26, Şəki, Şəmkir – 25, Dinamo – 16, Kür-Araz – 13, Ağstafa Gəncləri – 12, Göygöl, Ağdaş - 10. Araz Saatlı 4.
Bombardir: Vidadi Cəfərov (Quba) - 19.
MÜZƏFFƏR QULUZADƏ