Ağdamda evlərdən birində meyit tapılıb.BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, meyitin 1958-ci il təvəllüdlü Yusif Asif oğlu Əliyevə məxsus olduğu bildirilir. Y.Əliyevin meyiti ötən gün saat 12 radələrində mərhumun Quzanlı qəsəbəsində yaşadığı evdə aşkar edilib. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.