EN

Merz: Rusiya iqtisadiyyatı xırıltılı vəziyyətdədir

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniya kansleri Fridrix Merz bu ay gözlənilməz ərazi qazanclarını nəzərə alaraq, Ukraynanın Rusiya hücumlarına qarşı mübarizəsinin daha təsirli olduğunu bəyan edib.

Reyting.az-ın məlumatına görə, Almaniyanın hökumət başçısı “Independent” nəşrinə müsahibəsində deyib ki, fevral ayında Ukrayna müdafiə qüvvələri heyrətamiz ərazi qazancları ilə fərqlənib.

Merz əlavə edib ki, Rusiya iqtisadiyyatı sanksiyalar və müharibənin ağırlığı altında xırıltılı vəziyyətdədir.

Nəşr, həmçinin hərbi komandanlığın məlumatlarını paylaşaraq Ukraynanın 400 kvadrat kilometr əraziyə nəzarəti bərpa etdiyini, orada Ukrayna qoşunlarının səkkiz yaşayış məntəqəsini nəzarətə götürdüyü qeyd olunur.

Bildirilir ki, 20 fevralda Ukrayna prezidenti Zelenski əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin ölkənin cənubunda 300 kvadrat kilometr ərazini azad etdiyini elan edib.

Nəşr yazır ki, Ukrayna 23 fevral bazar ertəsi günü dronlardan istifadə edərək Rusiyanın əsas neft obyektinə zərbə endirib. Bu, Macarıstanın Moskvaya qarşı yeni Avropa sanksiyaları paketinə veto qoymasından bir neçə saat sonra baş verib.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
reyting.az

1Sources