EN

Britaniya Ukrayna üçün könüllülər koalisiyası na 70 hərbçi hazırlayır

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Ukrayna üçün çoxmillətli hərbi qüvvənin yaradılması planı çərçivəsində hazırda 70 nəfərlik qərargah fəaliyyət göstərir. Britaniya qoşunlarının yerləşdirilməsinə hazırlıq işləri hökumətin ayırdığı 200 milyon funt sterlinq (təxminən 270 milyon dollar - red.) maliyyə ilə həyata keçirilir".

Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, fevralın 24-də Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun sədrliyi ilə "könüllülər koalisiyası"na daxil olan ölkələrin videokonfransı keçiriləcək.

Bundan başqa, Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Kiyevə səfər edəcək, müdafiə naziri Con Hili isə Londonda Ukrayna Yunan Katolik Kilsəsinə aid kafedralda keçiriləcək mərasimə qatılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
oxu.az

1Sources