BAKI, 24 fevral. TELEQRAF
“ABŞ administrasiyasının yadplanetlilər və uçan naməlum obyektlər (UNO) haqqında sənədləri nə vaxt yayımlayacağı hələ müəyyənləşməyib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
“Hələ sizə dəqiq vaxt deyə bilmirəm, amma ətraflı məlumat gözləyin”, - o jurnaılistlərə bildirib.
Pentaqon rəhbəri qeyd edib ki, nazir kimi bu məlumatları yayımlayacağını heç vaxt düşünməyib:
“ABŞ Müdafiə Nazirliyi müvafiq sənədlərin açıqlanması üzərində işləyir. Bunun nə qədər vaxt aparacağını demək istəmirəm. Məsələ ilə məşğuluq. Göstərişi tam şəkildə icra edəcəyik, Prezidentə bu məlumatları təqdim etməyi səbirsizliklə gözləyirik”.
O vurğulayıb ki, məlumatlar bir çox səviyyələrdə açıqlanacaq və bu, dərindən planlaşdırılmış proses olacaq: “Sonradan yerinə yetirə bilməyəcəyim çox vədlər vermək istəmirəm”.