EN

Nə üçün insanlara geyimlərinə görə münasibət bəsləyirik?

“Əfsuslar olsun ki, insanlar əksəriyyəti qarşısındakına geyim və xarici görünüşə görə münasibət bəsləyir”.

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, insanların düşüncələrindən qaynaqlanır:
“Bəzən insanları elə geyiminə görə qarşılayıb, geyiminə görə də yola salırıq. Ağıl dəyərləndirilməsi çox zaman insanlar mənafelərinin önünə keçir. Lakin bunun bəzi səbəbləri var. Real olaraq analiz etsək, geyim həqiqətən də insanın statusunu müəyyənləşdirir. Müəyyən bir müəssisə daxilində bizim super eqomuz istədiyimiz tərzdə geyimə icazə vermir, ciddiyyət tələb olunan sahələrin mütəxəssislər rahat geyimə üstünlük verə bilmirlər. Bu da şəxsiyyət strukturunun düzgün formalaşmasından irəli gəlir”.

Ekspert qeyd edib ki, səliqəli geyinən insanı düzgün düşüncə sahibi, bahalı geyinən şəxsdən “çəkinmə” və ya “üsyankar” münasibət, klassik tərzdə geyinənləri isə iş-güc sahibi kimi qavrayırıq:
“Əlbəttə, bu və bunun kimi düşüncələrin yanıldıcı olma ehtimalı da var. Sadəcə insanlar ümumləşdirərək bu cür dəyərləndirirlər. İnsanlar ümumiyyətlə “güclü”, “xüsusi formada” olan şəxslərə meyl edirlər. Kollektiv şüursuzluq da burda rol oynayır. Eyni zamanda, uşaqlıqdan geyimə önəm verilən ailələrin övladlarında da bu düşüncə yarana bilər. Amma ağıllı əlbəttə vəziyyəti düzgün şərh edir. Hətta bəzən geyim insanın uğurunun önünü kəsir”. 

Psixoloq diqqətə çatdırıb ki, nədənsə insanlar bahalı və ya səliqəli geyinən birini gördükdə onun əldə etdiyi naliyyətlərə şübhə ilə yanaşırlar:
“Bu da daha çox kompleksli insanlarda özünü biruzə verir. İnsanın daxilən nə qədər özgüvəni yüksək olarasa, bir o qədər geyimin bahalı olub-olmamasına önəm vermir. Çünki özgüvənli insanların digərlərinin onları təsdiqləməsinə ehtiyacları olmur. Əgər insan nəyisə sübut etməyə çalışırsa, demək həmin sahə üzrə kasaddır”.

Pərviz
 

Chosen
2
17
hit.az

10Sources