EN

Qalyardo 510 matça çıxardığı komandadan ayrıldı - Yerini kimin tutacağı bilindi

Argentinanın "River Pleyt" klubu baş məşqçi Marselo Qalyardo ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuaxt xidməti yayıb.

50 yaşlı mütəxəssislə yolların ayrılmasının əsas səbəbi qeyri-qənaətbəxş nəticələrdir.

"River Pleyt" Qalyardonun rəhbərliyi altında 510 matça çıxıb - 269 qələbə, 128 heç-heçə, 113 məğlubiyyət. Hazırda sözügedən kollektiv Aperturanın B qrupunda 10-cu yerdədir. 

Yerli mətbuat artıq klubun yeni baş məşqçi tapdığına dair informasiyalar dərc edilib. "River Pleyt"i Xorxe Sampaolinin çalışdıracağı bildirilib.

Toğrul

Chosen
24
2
fanat.az

3Sources