EN

Qızıl satışı adı ilə yarım milyonluq dələduzluq etdi Məhkəmə

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Qızıl satışı adıyla vətəndaşlara qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs qismində dindirilib. 

Onun sözlərinə görə, ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilmir. 

"Zərərçəkmiş Rəvan Babayevi Moskva univermağından tanıyıram. Çünki xeyli müddət orada çalışmışam. Qızıl işi ilə məşğul olurdum. Azərbaycandan qızılları alıb Özbəkistana - Daşkəndə yollayıb satırdım. Rəvandan müxtəlif vaxtlarda 2 kiloqramdan artıq mal almışam. İttiham aktında göstərilib ki, 436 min manatdan artıq pul mən tərəfdən mənimsənilib. Mən etiraz edirəm. Ona qarşı ümumən borcum yoxdu. Mən Rəvan adlı zərərçəkmişə məxsus qızılların hamısını satıb bütün pullarını özünə vermişəm. Digər zərərçəkən Sultanə Rzayevadan isə 62 min 900 manat mənimsədiyim yazılıb. Onu da Moskva univermağından tanıyıram. Ondan 120 min manatlıq qızıl götürdüm. Ancaq mənim ona cəmi 40 minlik borcum var. Ceyhun adlı şəxsi isə Laçın ticarət mağazasından tanımışam. Onun 200 üzüyünü satmışam. 21 min 250 manat mənimsədiyim bildirilir halbuki ona qarşı heç bir borcum yoxdu".

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
2
unikal.az

4Sources