EN

Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabrtarixli 570 nömrəli Fərmanına əsasən Maliyyə Nazirliyi yanındaDövlət Müəssisələrinin Monitorinqi Agentliyi cari ilin aprelayından başlayaraq dövlət şirkətlərinin və publik hüquqi şəxslərinbüdcə layihələri və proqnozlarının, həmçinin büdcələrininmonitorinqini həyata keçirəcək və icra göstəricilərini təhliledəcək.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki,bu məqsədlə Maliyyə Nazirliyinin Kollegiya Qərarıilə dövlət şirkətlərinin və publik hüquqi şəxslərin Nazirliyətəqdim edəcəkləri məlumat və hesabatların formaları təsdiq edilib.Dövlət şirkətləri və publik hüquqi şəxslər həmin formalar əsasındaDövlət Müəssisələrinin Monitorinqi Agentliyinə büdcəgöstəricilərini, aylıq, rüblük maliyyə hesabatlarını və illikproqnoz məlumatlarını təqdim etməlidirlər.

Təqdim olunan sənədlərin monitorinqi zamanı dövlətmüəssisələrinin büdcə parametrləri ilə icra vəziyyəti,ayrı-ayrılıqda fəaliyyət sahələri və tabe olduqları qurumlar üzrəmaliyyə məlumatları, xərclərinin funksiya və xarakterinə görəgöstəriciləri yoxlanılacaq. Eyni zamanda, beynəlxalq maliyyətəşkilatlarının qabaqcıl qiymətləndirmə alətləri vasitəsilə dövlətmüəssisələri üzrə səmərəlilik göstəriciləri, aşkarlanmış fiskalrisklərin digər müəssisələrə və dövlət maliyyəsinə, o cümlədəndövlət büdcəsi, büdcədənkənar dövlət fondları və dövlət borcunamümkün təsirləri təhlil olunacaq.

Maliyyə Nazirliyi həmin monitorinq və təhlillərin nəticələribarədə rübdə bir dəfə olmaqla dövlət başçısına hesabat verəcək.

Bununla da dövlət müəssisələrində mənfəətliliyinin artırılması,uçot və hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsiresurslarından asılılığın azaldılması, habelə orta və uzunmüddətlidövrdə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları qarşısındayarana biləcək öhdəliklərin öncədən müəyyən olunması təminediləcək.

Sözügedən Kollegiya qərarının mətni və təsdiq edilmiş formaların“Excel” formatda elektron variantı Nazirliyin rəsmi internetsəhifəsinə yerləşdirilib. Həmin hesabat formaları ilə bu linkə keçid edərək tanış ola bilərsiniz.

Məqalədə:
Chosen
14
18
az.trend.az

10Sources