EN

Britaniya Ukrayna ordusu üçün hücum helikopteri pilotlarının təliminə başlayıb

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

"Ukraynalı pilotlar hazırda Böyük Britaniyanın hava bazasında helikopter təlimatçısı olmaq üçün təlim keçirlər”

Böyük Britaniya ukraynalı təlimatçıları hücum helikopterlərini idarə etmək üçün təlimə başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyindən qeyd olunub.

"Ukraynalı pilotlar hazırda Böyük Britaniyanın hava bazasında helikopter təlimatçısı olmaq üçün təlim keçirlər. Bu, Böyük Britaniyanın Ukraynaya helikopter təlimatçısı təlimi keçdiyi ilk haldır. Məzunlar Ukrayna hərbi pilotlarının yeni nəslini yetişdirəcəklər", məlumatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, London Ukraynaya enerji dəstəyini və onun elektrik şəbəkəsinin bərpasını dəstəkləmək üçün əlavə 20 milyon funt sterlinq (27 milyon dollar) ayıracaq.

Bundan əlavə, Britaniya hökuməti Ukraynanın hərbi əməliyyatlardan təsirlənən bölgələrinin sakinlərinə humanitar yardım göstərmək üçün 5,7 milyon funt sterlinq (7,7 milyon dollar) ayırdığını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
ayna.az

1Sources