EN

Müharibə başlayan kimi Bayden mənə dedi ki... Zelenski

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın keçmiş prezidenti Co Bayden Rusiya-Ukrayna münaqişəsinin başlamasından dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə ölkəni tərk etməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri münaqişənin başlamasının dördüncü ildönümü münasibətilə ukraynalılara müraciətində bildirib.

“Bu ofis, Bankova küçəsindəki bunkerdəki bu kiçik otaq — müharibənin əvvəlində dünya liderləri ilə ilk söhbətlərim burada baş tutdu. Prezident Baydenlə burada danışdım və məhz burada eşitdim: “Volodimir, təhlükə var, dərhal Ukraynanı tərk etməlisən. Biz buna kömək etməyə hazırıq”, – deyə Zelenski bildirib.

O, Baydenə Kiyevin taksilərə yox, silahlara ehtiyacı olduğunu deyib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
globalinfo.az

1Sources