EN

“Enerji böhranına görə Ukraynaya dair Aİ nin qərarlarını dəstəkləməyəcəyik” Orban

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rəsmi Budapeşt Kiyevin Macarıstanda enerji böhranı yaratmaq cəhdlərini dayandırana qədər Avropa İttifaqının Ukraynaya müsbət təsir göstərən qərarlarını dəstəkləməyəcək”.

525.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya ünvanladığı məktubda bildirilib.

Budapeşt hesab edir ki, Kiyev sırf siyasi səbəblərdən hərəkət edir və hazırkı Macarıstan hökumətini sarsıtmağa çalışır.

"Faktlar təkzibolunmazdır: Drujba boru kəməri vasitəsilə Macarıstana neft tədarükünün bərpası üçün heç bir texniki maneə yoxdur. Tələb olunan təkcə Ukraynanın siyasi qərarıdır", - Orban qeyd edib.

O, Koştaya məktubunda yazıb ki, narahatlığınızı tam başa düşürəm, amma  vəziyyətin absurdluğunu görməlisiniz: “Biz Ukrayna üçün maliyyə baxımından faydalı olan və dəstəkləmədiyim bir qərar qəbul edirik və sonra Ukrayna Macarıstanda enerji böhranı yaradır və siz məndən heç nə olmamış kimi davranmağımı istəyirsiniz. Bu, mümkün deyil. Vəziyyət normallaşana qədər Ukrayna üçün əlverişli olan heç bir qərarı dəstəkləyə bilmərəm".

Macarıstan tərəfinin məlumatına görə, 27 yanvardan bəri Drujba boru kəməri ilə neft nəqli dayanıb. 15 fevralda Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya xam neftinin Adriatik dənizi boru kəməri vasitəsilə tranzitinə icazə verməsini xahiş ediblər.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
525.az

1Sources