ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 24 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Su İdmanı Federasiyası rəsmi olaraq Dubay Beynəlxalq Su İdmanı Çempionatının (DIAC 2026) 27 mart – 6 aprel 2026-cı il tarixlərində Dubaydakı Hamdan İdman Kompleksində keçiriləcəyini elan edib.
AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin WAM informasiya agentliyinə istinadla xəbər verir ki, yarışda 40-dan çox ölkəni təmsil edən 2 mindən çox idmançının iştirakı gözlənilir. Çempionat Dünya Su İdmanı təşkilatları tərəfindən tanınır. Çempionatın proqramında müxtəlif yaş kateqoriyaları üzrə yarışlar və rəsmi rekord proqramı yer alır.
BƏƏ Su İdmanı Federasiyasının Rəhbər Komitəsinin sədri Abdullah Əl-Vuhaybi bildirib ki, Dubay Beynəlxalq Su İdmanı Çempionatı qlobal platforma olaraq çempionların yetişdirilməsi və istedadların nümayişi üçün strateji əhəmiyyət daşıyır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.