EN

"Everton" "qara zolaq"dan çıxa bilmir

"Everton" öz meydanında qələbəsizlik seriyası davam edir.

Fanat.Az-ın hesablamalarına görə, Liverpulk təmsilçisi ardıcıl 7 oyundur ki, "doğma divarlar arası"nda 3 xal qazana bilmir.

İngiltərə Premyer Liqasının (İPL) 27-ci turu çərçivəsində dünən evdə "Mançester Yunayted"ə uduzan kollektiv son dəfə ötən ilin dekabrının əvvəllərində yerli azarkeşləri sevindirib. Həmin vaxt "Everton" "Nottingem Forest"i 3:0 hesabı ilə darmadağın etmişdi. 

Xatırladaq ki, hazırda 37 xalı olan "Everton" İPL-in turnir cədvəlində 9-cu pillədə mövqe tutub. 

Nihat

Chosen
2
1
fanat.az

2Sources