EN

Pakistanda polis avtomobilinə hücum - 6 əməkdaş öldü

Pakistanın Hayber-Paxtunxva əyalətində polis avtomobilinə hücum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Dawn" agentliyi məlumat yayıb.

Terror hücumu nəticəsində polis rəisinin müavini də daxil olmaqla hüquq-mühafizə orqanının altı əməkdaşı ölüb.

Hücumun hədəfi iki nəfəri məhkəmə iclasına aparan avtomobil olub.

Hadisə yerinə əlavə polis bölmələri göndərilib, həmçinin hücum edənlərin saxlanılması üçün axtarış əməliyyatlarına başlanılıb.

Chosen
32
bakivaxti.az

1Sources