EN

Narkokartel liderinin ölümündən sonra Meksika: Hər an hər şey baş verə bilər

"Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli lideri Nemesio Osequera Servantesin öldürülməsi dünya gündəmini zəbt etməyə davam edir.

Publika.az xəbər verir ki, "Milliyet"ə danışan adının açıqlanmasını istəməyən meksikalı vətəndaş hadisədən sonra ölkədə burulğan kimi yayılan iğtişaşlar barədə məlumat verib.

O, ölkədə həyatın iflic olduğunu və hökümətə inancın tamamən itdiyini bildirib:

“Zorakılıq on ildən çoxdur ki, dayanmır. Yalnız qısa müddətli sülh anları olub. Hadisələrin baş verdiyi Xaliskoda “qırmızı həyəcan” vəziyyətidir. Hər kəs evdədir, çölə çıxmır. Milli futbol matçları və əksər uçuşlar ləğv edilib. Yanacaqdoldurma məntəqələrində və marketlərdə uzun növbələr var. Hər an hər şey baş verə bilər. Bu ehtimal hələ də küçələrdə mövcuddur".

Meksika vətəndaşı ölkədə polisin də kartel üçün işlədiyini iddia edib: "Əksəriyyətimiz polisə etibar etmirik, çünki bir çox polis məmuru rüşvət alır və onlar üçün işləyir. Hətta El Menço da bir müddət polis məmuru olub. Onun tərəfdarlarının çoxu keçmiş polis məmurları və ya silahlı qüvvələrin üzvləri idi".

Chosen
10
1
publika.az

10Sources