EN

“İki ölkə tamamilə ideoloji gərginlik içərisindədir, İrandakı rejimin devrilməsi üçün İsrail əlindən gələni edəcək

ain.az bildirir, Bizimyol portalına istinadən.

Benyamin Netanyahu ölkədə və regionda artan gərginlik fonunda xalqa müraciət edərək İsrailin taleyüklü və mürəkkəb mərhələdən keçdiyini bildirib və milli birliyin həyati əhəmiyyət daşıdığını vurğulayıb. O, qarşıdakı günlərin ciddi sınaqlarla yadda qala biləcəyini deyərək, birlik olmadığı təqdirdə ağır nəticələrin qaçılmaz olacağını qeyd edib. Netanyahu çıxışında həmçinin İran rəhbərliyinə mesaj göndərərək “ayətullahların hakimiyyəti devrilməlidir” ifadəsini işlədib.İsrail İran-ABŞ müharibəsində döyüş meydanı olacaq?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-İran müharibəsinin döyüş meydanı İsrail olmayacaq: “Təbii ki, ABŞ-İran döyüş müharibəsinin meydanı İran və körfəz ölkələri olacaq. Əgər ABŞ İrana qarşı körfəz ölkələrindən zərbələr endirərsə, İran da körfəz ölkələrini vura bilər. Bu addım gözləniləndir. Ancaq İsrail də bu prosesdə iştirak edəcək. Müharibə başlayarsa, İran İsrailə zərbələr endirə bilər. Yəni 12 günlük müharibə dövründə olan həmin xətt davam edəcək”.

Zeynal Əmrəliyev

Zeynal Əmrəliyevin fikrincə, İsrail tərəfi hələ də düşünür ki, İrandakı rejim devrilməlidir, çünki bu rejim İsrailə əks fikir daşıyır: “İki ölkə tamamilə ideoloji gərginlik içərisindədirlər. İrandakı rejimin devrilməsi üçün İsrail əlindən gələn hər şeyi edəcək”.

Politoloq hesab edir ki, Donald Trampın İrana qarşı sərt siyasət aparması İsrail üçün çox əlverişlidir və rəsmi Təl-Əviv bu məsələdən maksimum şəkildə istifadə etməyə çalışır: “İsrail çalışır ki, ABŞ-da olan yəhudi diasporu vasitəsilə ABŞ-ı müharibəyə sövq etsin. Böyük ehtimalla müharibə başlasa, bu prosesdə əsas güclərdən biri ABŞ-la bərabər İsrail də olacaq. Son zamanlarda İsrail xüsusilə İranın hərbi siyasi rəhbərliyi haqqında güclü kəşfiyyat məlumatlarını toplaması barəsində məlumatlar var. Yenidən müharibə başlayacağı təqdirdə, onların öldürülməsi üçün fəaliyyətə keçəcəyi gözlənilir. Məlumdur ki, İsrail son iki il ərzində İranın xeyli sayda proksi qüvvəsinin rəhbərini və İranın siyasi hərbi rəhbərliyinə qarşı bu cür aktlar həyata keçirib, xeyli sayda şəxsi aradan götürüb. Yəni bu proses ehtimal ki, müharibə dövründə də davam edəcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
bizimyol.info

1Sources