EN

İftar süfrəsinə hazırlaya bilərsiniz

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Axşam.az "İftar menyusu"nu təqdim edir:

"Aşpaz" şorbası

Ərzaqlar:

1 toyuq filesi

1/2 stəkan qırmızı mərcimək

1 çay stəkanı vermişel

1 kiçik pomidor

1 kiçik soğan

1 xörək qaşığı kərə yağı

1 xörək qaşığı bitki yağı

1 xörək qaşığı un

1 çay qaşığı tomat pastası

6 stəkan toyuq bulyonu

1 çay qaşığı duz (tənzimlənə bilər)

1/2 çay qaşığı qara istiot

1 çay qaşığı quru nanə

1 çay qaşığı qırmızı istiot

Hazırlanması:

Toyuğu qaynadın və xırda doğrayın. Soğanı xırda doğrayıb qovurun. Unu əlavə edib, yenidən qovurun. Tomat pastasını əlavə edin bir az odda saxlayın. Sonra mərciməyi tökün, qovurun. Toyuq bulyonunu əlavə edib, qaynamağa qoyun. Mərcimək yumşalana qədər bişirin. Sonra qarışdırın. Toyuq parçalarını əlavə edin. Sonra vermişeli tökün. Xırda doğranmış pomidorları da üstünə töküb, bişirin. Duz və ədviyyatlar əlavə edin və bir az daha qaynadın. 

Saxsıda toyuqlu göbələk 

Ərzaqlar:

1 toyuq filesi

300 qram göbələk

1 soğan

2 diş sarımsaq

1 çay qaşığı duz

1/2 çay qaşığı qara istiot

1 çimdik sürtgəcdən keçirilmiş muskat qozu

3 xörək qaşığı bitki yağı

1 qutu qaymaq

1 kasa sürtgəcdən keçirilmiş çedar pendiri (üstünə çəkmək üçün)

Hazırlanması:

Toyuğu kub şəklində doğrayın və rəngi dəyişənə qədər bişirin. Yağı, soğanı və sarımsağı töküb, qovurmağa davam edin. Nazik dilimlənmiş göbələkləri əlavə edin və suyu quruyana qədər bişirin. Nəhayət, ədviyyatları və qaymağı əlavə edin və odu söndürün. Saxsı qablarına (yoxdursa sobaya qoya biləcəyiniz şüşə qab da ola bilər) tökün. Üzərinə sürtgəcdən keçirilmiş çedar pendiri səpin və yenidən sobaya qoyun. Pendir əriyənə qədər sobada 180 dərəcədə saxlamaq kifayətdir.

Südlü və şərbətli keks

Ərzaqlar:

4 yumurta

4 dolu xörək qaşığı şəkər (90 q)

4 dolu xörək qaşığı mannı yarması (70 q)

4 dolu xörək qaşığı un (80 q)

1 paket qabartma tozu

1 paket vanil

Şərbət üçün:

2 stəkan süd (400 ml)

5 xörək qaşığı şəkər

Üzü üçün:

1 paket krem şanti

1 paket qaymaq (200 ml, qaymaq yoxdursa, süd də istifadə edilə bilər)

Hazırlanması:

Əvvəlcə yumurta və şəkəri uyğun bir qarışdırma qabında 5 dəqiqə çalın. Yaxşıca çalınmalıdır, əks halda yumurta qoxusu ola bilər. Çaldıqdan sonra mannı yarması, un, qabartma tozu və vanil əlavə edin. Keks xəmirini bir az daha çalın və yağlanmış bişirmə qabına tökün. Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə 20 dəqiqə bişirin. Ayrı bir qazanda şəkər həll olana qədər qarışdıraraq sirop üçün südü və şəkəri qızdırın.

Keks soyuduqdan sonra üzərinə isti şərbəti tökün. Bu mərhələdə tortun şərbəti daha yaxşı hopdurub-hopdurmadığını diş çöpü ilə yoxlaya bilərsiniz. Kənara qoyub şərbətin hopmasını gözləyin. Qaymağı və krem şantini bir qabda çalın. Üzərinə yayın və soyuducuda 5 saat saxlayın. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
axsam.az

1Sources