ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Bakıda Çempionlar Liqasının "Qarabağ" - "Nyukasl" oyununu biletsiz izləmək istəyən azarkeşlər cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, hadisə 18 fevral 2026-cı il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda baş verib.
Belə ki, Zəngilan rayon sakinləri B.V. və K.M. Respublika stadionunda keçirilən oyunu izləməyə gediblər. Onların biletləri olmayıb və ikinci hissədə stadiona biletsiz daxil olmağa cəhd ediblər. Bu zaman polis əməkdaşları onlardan bilet tələb edib. Lakin biletlərinin olmadığını deyiblər. Polis əməkdaşları onlardan stadionu tərk etməyi tələb etsə də, razı olmayıblar.
Buna görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məhkəmənin hökmü ilə hər iki azarkeş ayrı-ayrılıqda 200 manat məbləğində cərimə edilib.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.