Bu gün Misli Premyer Liqasında bir oyun keçirilir.
QOL.az xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edir.
Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək.
Hazırda Tovuz klubu 37 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb.
24 fevral (çərşənbə axşamı)
15:00. “Qəbələ” – “Turan Tovuz” - 0:3 (İkinci hissə)
Qollar: Alexandro Serrano, 9 (0:1), Filip Ozobiç, 18 (0:2), Seydina Keyta, 47-avtoqol (0:3)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

Bombardirlər:
Bassalu Sambu ("Neftçi") - 9 qol
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol
Emin Mahmudov (“Neftçi”) - 7 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol