EN

Bali adasında daşqın: villalar və hotellər zərər görüb

Bakı, 24 fevral, AZƏRTAC

İndoneziyanın Bali adasında yağan güclü yağışlar bir sıra ərazilərdə daşqınlara səbəb olub.

AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, Denpasar şəhərinin bəzi hissələri su altında qalıb. Daşqın sularının hündürlüyü bəzi yerlərdə 1,5 metrə çatıb, villalar və hotellər zərər görüb. Onlarla xarici qonaq təxliyə edilib.

Axtarış-xilasetmə qrupları əraziyə cəlb olunub, dörd kanoe və bir rezin qayıq vasitəsilə sakinlər və turistlər təhlükəsiz ərazilərə köçürülüb.

Hakimiyyət orqanları leysan yağışların davam edə biləcəyi barədə xəbərdarlıq edərək sakinləri və turistləri ehtiyatlı olmağa çağırıb.

 

Chosen
11
1
azertag.az

2Sources