EN

İran etiraz aksiyaları ilə bağlı ilk ölüm hökmünü verib

İranda İslam İnqilab Məhkəməsi "Allaha düşmənçilik"də ittiham olunan İran vətəndaşı Məhəmməd Abbasiyə ölüm hökmü çıxarıb.

Qaziler.az bildirir ki, “Reuters” agentliyinin kişinin ailəsinə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, hökm yanvar ayında İranda baş verən hökumət əleyhinə etirazlarla əlaqəli ola bilər.

"Bu, yanvar ayında baş verən kütləvi etirazlarla bağlı verilən ilk belə hökmdür", - məlumatda qeyd olunub.

İran məhkəmə sistemi hələ hökmü açıqlamayıb.

QAZİLER.AZ

Chosen
12
qaziler.az

1Sources