AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bir neçə gün əvvəl ABŞ-nin yaxın müttəfiqləri də daxil olmaqla bir qrup müsəlman ölkəsi mühafizəkar jurnalist Taker Karlsonla müsahibəsində Hakabinin sözlərini pisləyən birgə bəyanat yayıb. Bu ölkələr diplomatın sözlərini təhlükəli və təhrikedici sayıblar.
Söhbət əsnasında Karlson səfirdən İncildən götrürdüyünü iddia etdiyi bir ifadəyə münasibətini soruşub. Jurnalist bildirib ki, bu ifadəyə görə, İlahi yəhudilərə Misir, Suriya və İraqın bir hissəsini, daha doğrusu,“demək olar ki, bütün Yaxın Şərqi”vəd edib. Taker Krlson bu əsasda “İsrailin bu əraziyə haqqı çatırmı?”sualını verib. Hakabi birbaşa cavabdan yayınmağa çalışsa da, jurnalsitin təzyiqi altında olduqda“israillilər bu torpaqları ələ keçirəcəklər – hər şey qaydasındadır” ifadəsini işlədib.
- Amma düşünmürəm ki, bu gün biz bundan danışırıq. Onlar İordaniya, Suriya və ya İraqı ələ keçirməyə çalışmırlar. Onlar yalnız hazırda tutduqları, lakin legitim şəkildə sahib olduqları və təhlükəsiz yaşadıqları torpaqları istəyirlər”,- ABŞ səfiri vurğulayıb.
Yüksək vəzifəli ərəb diplomatı “Politico” qəzetinə bildirib ki, bu cür açıqlamalar Trampın əsas xarici siyasət məqsədlərindən birini - İsrailin regional inteqrasiyasını poza bilər.
- Ərəb suverenliyi ciddi məsələdir, xüsusən də bizim İsrail də daxil olmaqla vahid Yaxın Şərq yaratmağa çalışdığımız bir vaxtda”,- ərəb diplomatı vurğulayıb.
Yevangelist xristian olan Hakabi İsrailin məskunlaşma hərəkatını dəstəkləməsi ilə tanınır.
“Onun fikirləri administrasiyanın fikirlərini əks etdirmir və bu, İsrailin maraqlarını dəstəkləməyin ən yaxşı variantıdır”,- ABŞ Dövlət Departamentinin rəsmisi, öz növbəsində, nəşrə açıqlamasında deyib.
Sahil İsgəndərov
AzVision.az