EN

BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... VİDEO

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Rusiyanın Ukraynaya hücumunu 4-cü ildönümüdür.

Mia.az xəbər verir ki, 4 il əvəvl bu günü  Putin televiziya ilə yayımlanan müraciətində  Ukraynada “xüsusi hərbi əməliyyat”a başlanılmaısnı elan edib.

O vaxtdan iki ölkə arasında aktiv davam edən müharibədə minlərlə insan həlak olub və ya yaralanlblar.

Məlumat üçün qeyd edək ki, istər müharibənin ilk, istərsə də hazırkı vaxtında da Azərbaycan dövlətinin Kiyev və Moldovadakı səfirliyinə böyük "yük" düşüb. 

Elə bir neçə ay əvvəl Rusiyanın məqsədli şəkildə Kiyevdəki səfirliyimizin bir addımlığına növbəti zərbə endirməsi, o cümlədən Moldovadakı o vaxtı səfirimiz Qüdsi Osmanovun (Hazırda Rumıniyada səfirdir - Mia.az) azərbaycanlıların təxliyəsindəki böyük fədakarlığı yaddaşlardan silinməyib.

Mia.az xəbər verir ki, səfir Qüdsi Osmanovun o zamankı fədakarlığı barədə şair Yasin Seyid Feysbuk-da maraqı videofakt paylaşıb.

Həmin videoda səfirin körpə uşağı qucağına alaraq təxliyəyə birbaşa necə kömək etməsi, onun Azərbaycan Prezidenti İlham Əliyevin hər kəsin arxasında necə dayanmasına əminlik yaradan sözlərini ürəkdən söyləməsi diqqətdən qaçmır...

F.ƏHMƏD

MİA.AZ

  VIDEO: 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
mia.az

1Sources