EN

Qlobal Bakı Forumu dialoqun aparıcı beynəlxalq platformasına çevrilib (VİDEO)

Bakı. Trend:

Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün ən yaxşıbeyinləri bir araya gətirən aparıcı beynəlxalq dialoq platformasınaçevrilib.

Trend xəbər verirki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi MigelAnxel Moratinos martın 12–14-də keçiriləcək XIII Qlobal Bakı Forumumünasibətilə videomüraciətində bildirib.

“Beynəlxalq Nizami Gəncəvi Mərkəzi (NGIC) tərəfindən təşkilolunan Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün ənyaxşı beyinləri bir araya gətirən ən nüfuzlu dünyaplatformalarından birinə çevrilib. Dərinləşən parçalanma iləsəciyyələnən dünyada bu rol getdikcə daha da önəmli olur. Dialoqavə sülhə sadiqliyinə görə NGIC-yə təşəkkürümü bildirirəm”, – deyə oqeyd edib.

Moratinos forumun problemlərin birgə həlli və fikirayrılıqlarının aradan qaldırılması baxımından əhəmiyyətinivurğulayıb.

“Qlobal bölünmələrin daha da kəskinləşdiyi bir şəraitdə Bakıdakeçiriləcək görüş düşünülmüş dialoq və kollektiv problemlərin həlliüçün dəyərli imkan yaradacaq. Sizinlə orada görüşməyi səbirsizlikləgözləyirəm”, – deyə o əlavə edib.

O, hər kəsi qarşıdan gələn XIII Qlobal Bakı Forumunda iştiraketməyə dəvət edib.

“BMT-nin Sivilizasiyalar Alyansı NGIC ilə tərəfdaşlığı ilə qürurduyur və sizi 12–14 mart 2026-cı il tarixlərində keçiriləcək XIIIQlobal Bakı Forumuna qoşulmağa çağırıram. Forumda keçidmərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılmasıyollarını müzakirə edəcəyik”, – deyə Moratinos bildirib.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçidmərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzitərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiqdövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçünregional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunuoynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrətəsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri vəbeynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Chosen
27
1
az.trend.az

2Sources