EN

Rayon İcra Hakimiyyətinin başçısı Xocalı sakini Rəhman İsmayılov ilə görüş keçirilib

Vətəninfo.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Xocalı sakini Rəhman İsmayılov ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Xocalı sakininin qayğı və problemləri ilə maraqlanıb.
Görüş zamanı Xocalı sakini, soyqırımın canlı şahidi Rəhman İsmayılov Ölkə rəhbərliyi tərəfindən hər zaman onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Chosen
21
veteninfo.az

1Sources