EN

Novruzun bu adət-ənənələri dini dəyərlərlə uyğun deyil - İlahiyyatçı açıqladı

Ramazan ayının Novruz çərşənbələri ilə eyni dövrə təsadüf etməsi cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir. Bəs orucluq zamanı çərşənbələri qeyd etmək dini baxımdan doğrudurmu?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, Ramazan ayı ilə Novruz ənənələri arasında ziddiyyət yoxdur və hər iki dəyərə hörmətlə yanaşmaq mümkündür.


“Bəzi illərdə Novruz bayramı və çərşənbələr Ramazan ayına təsadüf edir və bu halda insanlar dini qaydalara riayət etməklə yanaşı, milli ənənələri də yaşada bilərlər. İftar açıldıqdan sonra çərşənbələrin qeyd olunması normal hesab edilir və bahar bayramına aid ritualların icrasında dini baxımdan problem yoxdur”.

Tural İrfan vurğulayıb ki, həm Ramazan ayında, həm də Novruz çərşənbələrində ortaq dəyərlər — insanların bir araya gəlməsi, sosiallaşma, yardımlaşma, təmizlənmə və bir-birinə mənəvi dəstək göstərməsi əsas yer tutur. Onun fikrincə, yaxşılıq etmək və insanları sevindirmək hər iki ənənənin mahiyyətinə uyğundur.

Bununla belə, ilahiyyatçı bəzi adətlərin düzgün olmadığını da diqqətə çatdırıb.

“Qapı pusmaq, icazəsiz şəkildə həyətlərə daxil olmaq və papaq atmaq kimi davranışlar dini dəyərlərlə uyğunlaşmır. Çərşənbələrin daha çox müsbət və faydalı əməllərlə qeyd olunması məqsədəuyğundur”.

Aynurə İsmayıl


Chosen
20
2
azia.az

3Sources