GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlük perspektivləri barədə danışıb. O bildirib ki, Aİ hazırda Ukraynanın yanında dayanır və Kiyevə dəstək göstərməklə tarixin doğru tərəfində yer alır.
Globalinfo.az xəbər verir ki, prezidentin sözlərinə görə, Ukrayna üçün Aİ-yə inteqrasiya prosesində 2027-ci il vacib tarix hesab olunur. Zelenski vurğulayıb ki, rəsmi Kiyev üzvlük prosesinin real və əlçatan olacağına ümid edir və Rusiyanın bu prosesi onilliklər boyu uzatmasına imkan verilməməsini istəyir.
Ukrayna lideri qeyd edib ki, Avropa strukturları ilə əməkdaşlığın genişləndirilməsi ölkənin siyasi və iqtisadi gələcəyi baxımından əsas prioritetlərdən biri olaraq qalır.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.