Baku.ws saytına istinadən ain.az xəbər verir.
Naxçıvan Dövlət Universiteti xidməti avtonəqliyyat vasitələri satın alacaq.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan qiyməti 376 965 manat təşkil edir.
Universitet üçün ümumilikdə 3 ədəd nəqliyyat vasitəsinin alınması planlaşdırılır:
1 ədəd avtobus – universitetin tələbə və əməkdaşlarının daşınması üçün
1 ədəd bortlu yük avtomobili – təsərrüfat və texniki işlər üçün
1 ədəd 10 tonluq texniki su maşını – ərazidə su təchizatı və texniki ehtiyaclar üçün
Qeyd edək ki, alınacaq nəqliyyat vasitələrinin universitetin inzibati, təsərrüfat və logistika imkanlarını genişləndirməsi gözlənilir. Xüsusilə avtobusun tələbələrin və əməkdaşların daşınmasında, yük və texniki su maşınlarının isə kampus ərazisində xidmət keyfiyyətinin artırılmasında istifadə olunacağı bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.