EN

Keçmiş prezident ömürlük həbs cəzasına məhkum edildi

Fevralın 19-da Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yeli 2024-cü ildə ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdinə görə ömürlük həbs cəzasına məhkum edib.

“Yonhap”ın verdiyi məlumata görə, halbuki prokurorlar ölüm cəzası tələb etmişdilər.
Məhkəmə Yun Sok-yeli 2024-cü ilin dekabrında üsyana rəhbərlik etməkdə günahkar bilib və hərbi vəziyyətin tətbiqinin üsyana bərabər olduğunu açıq şəkildə qeyd edib. Çünki keçmiş prezident parlamentə qoşun göndərməklə Milli Assambleyanı iflic etməyə cəhd edib.

Media əlavə edib ki, hakimlər dəfələrlə Yun Sok-yelin assambleyaya qoşun yeritmək qərarının işin əsasını təşkil etdiyini vurğulayıblar. Dinləmə canlı yayımlanıb.

//Samir Qurbanov, Editor.az

Chosen
19
editor.az

1Sources