EN

Avropa Şurasının rəhbərindən Rusiyaya şok tələb

“Rusiya döyüş meydanında itkilər verdiyi halda danışıqlar masası arxasında üstünlük əldə etməməlidir”.

Publika.az "Sky News"a istinadla xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta Kiyevə səfəri zamanı bəyan edib. Onun sözlərini sitat gətirir.

"Rusiya döyüş meydanında çox şey itirdiyi bir vaxtda danışıqlar masası arxasında üstünlük qazana bilməz. Rusiya danışıqlara ciddi yanaşmalı və bu müharibədə qalib gəlməyəcəyini etiraf etməlidir", — deyə Koşta bildirib.

O deyib ki, Ukrayna tab gətirib, Rusiya isə öz məqsədlərinə nail olmayıb. Avropa Şurasının rəhbəri həmçinin Kiyevin Aİ-yə üzvlüyünü bütün qitə üçün təhlükəsizlik qarantı adlandırıb.

Chosen
20
1
publika.az

2Sources