EN

Yevlaxda kafe yandı

Yevlaxda kafe yanıb, bir nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
12
1
ucnoqta.az

6Sources