EN

Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri üçün təşkil olunan iftar tədbirində iştirak etdi

Bakı. Trend:

Fevralın 24-də Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrininsəfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuşiftar tədbirində iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramovçıxışında müqəddəs Ramazan ayının başlanması münasibətilətəbriklərini çatdırıb, ölkəmizə və dünyamıza sülh, əmin-amanlıqarzu edib.

İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksəkmənəvi dəyərləri aşıladığı vurğulanıb.

Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədənmüxtəlif icmaların nümayəndələrinin sülh içində birgə yaşayıştəcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri vərolundan bəhs olunub.

Azərbaycanın, sivilizasiyaların və mədəniyyətlərin qovşağındayerləşən ölkə olaraq, multikulturalizm və dinlərarası harmoniyanıdövlət siyasətinin əsas sütunları kimi beynəlxalq səviyyədə təşviqetdiyi xatırlanıb.

Bununla belə, bir sıra ölkələrdə İslam dininə qarşı çevriləndiskriminasiya, islamofobiya meylləri, müsəlman aləmində baş verənmünaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıqdoğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik vəhəmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyətivurğulanıb.

Çıxışda həmçinin Yaxın Şərqdə vəziyyətə, xüsusilə Qəzzada davamedən humanitar böhranlara diqqət çəkilib, münaqişənin sülh yolu iləhəllinin vacibliyi qeyd olunub.

Daha sonra, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunduayeni, Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş çıxışedərək, Ramazan ayı münasibətilə təbriklərini diqqətə çatdırıb.

Sonda, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini CeyhunRüstəmov tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçüniftar süfrəsi açılıb.

Chosen
36
25
az.trend.az

10Sources