EN

Riqa polisi rusiyalı tarixçini mühazirə zamanısaxladı

Riqa şəhərində polis əməkdaşları mühazirə zamanı rusiyalı tarixçi və koreyaşünas Andrey Lankovu saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "Delfi" portalı tədbir iştirakçılarına istinadən məlumat yayıb.

Rusiyalı şərqşünasın KXDR barədə mühazirəsi fevralın 24-də  Latviyanın paytaxtında keçirilməli idi.

Şahidlərin sözlərinə görə, alim dərs zamanı bələdiyyə polisi əməkdaşları tərəfindən zaldan aparılıb. Bildirilir ki, tarixçi Latviyanın Miqrasiya Xidmətinə təhvil veriləcək.

Lankov şərqşünas alim və KXDR üzrə dünyanın aparıcı ekspertlərindən biri hesab olunur. O, Seuldakı Kukmin Universitetində dərs deyir.

Fevral ayında Rusiya Latviyada rus və rusdilli əhalinin hüquqlarının sistematik şəkildə pozulması ilə bağlı ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarına rəsmi müraciət edib.

Dekabr ayında isə Latviyada tarixçi, müəllim və Rus İcmasının vitse-prezidenti Viktor Quşçin saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, o, “Latviyanın ictimai həyatında mühüm rol oynayır, yalnız humanitar layihələrlə – təhsil, maarifləndirmə, rus dili, mədəniyyəti və tarixinin qorunması ilə məşğul olur”, lakin buna baxmayaraq, əsassız səbəblərlə həbs edilib.

Xədicə BAXIŞLI

Chosen
15
1
redaktor.az

2Sources