EN

ABŞ BMT-də Ukrayna ilə bağlı Rusiya əleyhinə bəyanata qoşulmayıb

ABŞ BMT-də Ukrayna ilə bağlı Rusiya əleyhinə bəyanata qoşulmayıb

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzusunda keçirilən iclasından əvvəl Ukraynanın səsləndirdiyi Rusiya əleyhinə bəyanata tərəfdar çıxmayıb.

AFN.az-ın məlumatına görə, bu barədə TASS agentliyinin müxbiri hadisə yerindən xəbər verib. Ukrayna xarici işlər nazirinin müavini Maryana Betsa tərəfindən oxunan bəyanatı 50-yə yaxın dövlət dəstəkləyib.

Dəstək verən ölkələr arasında əsasən Avropa və Skandinaviya ölkələri, o cümlədən Slovakiya, Gürcüstan, Kanada, Yeni Zelandiya, Cənubi Koreya, Avstraliya, Yaponiya və Marşall adaları yer alıb. Maraqlıdır ki, Macarıstan bu bəyanatı dəstəkləməyib.

Sənədə qoşulan ölkələrin siyahısında Afrika və Cənubi Amerika qitəsindən heç bir dövlətin təmsil olunmaması diqqət çəkib. Lakin ən böyük sürpriz Vaşinqtonun bu addımı olub. ABŞ-ın bəyanata qoşulmaması müşahidəçilər tərəfindən birmənalı dəyərləndirilmir və bu, Ağ Evin Ukrayna siyasətində mümkün dəyişikliklərin siqnalı kimi yozulur.

Chosen
34
afn.az

1Sources