EN

Tam Ay tutulması – “Qanlı Ay” baş verəcək

3 mart 2026-cı ildə tam Ay tutulması – “Qanlı Ay” baş verəcək.

QHT.az xəbər verir ki, bu zaman Ay Yer kürəsinin kölgəsinə tam daxil olacaq və atmosferdə işığın səpələnməsi nəticəsində qırmızı-mis rəng alacaq. Hadisəni Şimali və Cənubi Amerika, Asiya, Okeaniya və Avropanın bir hissəsində müşahidə etmək mümkün olacaq.

Tam faza təxminən 58 dəqiqə davam edəcək. ABŞ-ın şərq sahillərində tutulma Günəş doğmazdan az əvvəl başlayacaq, qərb sahillərində isə tam şəkildə izlənə biləcək. Müşahidə üçün teleskop vacib deyil — açıq hava və aydın səma kifayətdir.

Növbəti tam Ay tutulması isə yalnız 2028–2029-cu illərdə gözlənilir.

 

Pərvanə Fərhadqızı

Chosen
28
qht.az

1Sources