EN

“Budyo Qlimt” tarix yazdı Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Norveç təmsilçisi “Budyo Qlimt” ilk oyunda 3-1 hesabı ilə qalib gəldiyi “İnter”i (İtaliya) cavab görüşündə səfərdə 2-1 hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, iki oyunun ümumi nəticəsi 5-2 olub.

Ötən mövsümün finalçısı olan Milan təmsilçisi turnirlə erkən vidalaşıb. Çempionlar Liqasında ilk dəfə iştirak edən “Budyo Qlimt” tarixində ilk dəfə 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Norveç komandası qrup mərhələsinin 5-ci turundan sonra növbəti mərhələyə yüksəlmək üçün cəmi 0,3% şansa malik idi. 6-cı turdan etibarən yüksəlişə keçən komanda “Dortmund”la heç-heçə etdikdən sonra pley-off-a vəsiqə uğrunda “Mançester Siti” və “Atletiko Madrid” üzərində qələbələr qazanıb.

“Budyo Qlimt” 1/8 finalda ya “Sportinq”, ya da “Mançester Siti” ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
qafqazinfo.az

1Sources