EN

Eddi Hau: “Qarabağ”a qarşı ideal oyun sərgiləmədik” – ARENA.AZ

“Nyukasl”ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Bakıdakı ilk oyunda 6:1 hesabıyla qalib gəlmiş İngiltərə təmsilçisi ev oyununda da 3:2 hesabıyla üstün olub.

Eddi Hau qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. Bu axşam ideal oyun sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi və aqressiyanı göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik”.

Hau qitənin ən nüfuzlu klub turnirində böyük təcrübələr qazandıqlarını bildirib:

“UEFA Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. Hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
8
11
arena.az

10Sources