Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən "İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri, iş adamı Asif Məmmədov "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərə" görə Rusiya vətəndaşlığından məhrum edilib.
Senzor.az bildirir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.
Xatırladaq ki, ötən il Asif Məmmədov rus dilini bilməməkdə və "Azərbaycan Prezidentinə sədaqət"də ittiham olunaraq Şəhər Duması seçkilərindən imtina etməyə məcbur edilib.
Onu da qeyd edək ki, Rusiyada azərbaycanlı diaspor təşkilatları rəhbərlərinin Rusiya vətəndaşlığının ləğv olunması məsələsi son vaxtlar adi hala çevrilib. Belə ki, bundan öncə bu ölkənin Arxangelsk, Moskva, Ulyanovsk vilayətləri, Moskva şəhərinin və digər bir sıra regionlardakı diaspor rəhbərlərinin Rusiya vətəndaşlığı ləğv edilib.