Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dünyanın ən böyük onlayn səyahət agentliyi olan "Booking.com" 2026-cı il üçün "Traveler Review Awards" hesabatını dərc edib.
Milli.Az xəbər verir ki, 226 ölkə və bölgədən 1,8 milyondan çox obyektin mükafat qazandığı siyahıda lider yenə dəyişməyib.Siyahının birinci pilləsində yenə İtaliya qərarlaşıb. 214,532 mükafat qazanan bu Aralıq dənizi ölkəsi ardıcıl doqquzuncu ildir ki, dünyanın ən qonaqpərvər ölkəsi seçilir.Bu il qonaqpərvərlik xidmətində ən sürətli inkişaf göstərən ölkə Bolqarıstan olub. Bu ölkədə mükafat qazanan obyektlərin sayı ötən ilə nisbətən 68% artıb.Hesabata görə, turistlər artıq otellərdən daha çox mənzillərə (apartamentlərə) üstünlük verirlər. Mükafat sıralamasında mənzillər birinci, istirahət evləri ikinci, otellər isə üçüncü yerdədir.Dünyanın ən qonaqpərvər 10 ölkəsi:
Sıra
Ölkə
Mükafat Sayı
1
İtaliya
214,532
2
Fransa
170,454
3
İspaniya
152,123
4
Almaniya
111,547
5
Böyük Britaniya
93,807
6
Braziliya
80,742
7
ABŞ
77,744
8
Polşa
72,592
9
Yunanıstan
71,140
10
Xorvatiya
58,689
Lalə Qüdrətova
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.