"Kəndimizə qayıtdığıma görə, çox sevinirəm".
"Far.Az" xəbər verir ki, bu barədə bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Kəlbəliyev Nizami deyib.
O qeyd edib ki, doğma torpağına qayıtmaq üçün uzun illər həsrətlə gözləyib: "Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatıb. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!", - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Bakı şəhərindən Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.