EN

Məhluqə İsmayılova: Otuz ildən çoxdur ki, yurd yuvamızdan ayrı düşmüşdük

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Fəxr edirəm ki, bu gün doğma yurduma qayıdıram. Otuz ildən çoxdur ki, yurd-yuvamızdan ayrı düşmüşdük. İndi 63 yaşım var".

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Məhluqə Şahsevər qızı İsmayılova deyib.

O bildirib ki, köç həyatından əvvəl çox gözəl yaşayıblar:

"O günlər hara, sonrakı qaçqınlıq həyatı hara... Çox əziyyət çəkdik. Çadırlarda yaşamışıq, qəsəbələrdə qalmışıq, sonra şəhərə köçmüşük. Çox çətin günlər görmüşük.

Amma bu gün şükür Allaha ki, yenidən doğma torpağımıza qayıdırıq. Buna görə çox xoşbəxtəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mənim də nəvəm hərbçidir. Allah bütün əsgərlərimizi qorusun".

Kəndi tez-tez yuxularında gördüyünü deyən M.İsmayılova bu gün doğma yurda qızı və nəvəsi ilə qayıdır.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
oxu.az

1Sources