ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ramazan ayında iftar qonaqlıqları həm də qohumluq və dostluq əlaqələrini möhkəmləndirən gözəl ənənədir. Belə dəvətlərə gedərkən ev sahibinə nə aparmaq barədə tərəddüd edirsinizsə, həm faydalı, həm də süfrəyə yaraşıq qatacaq seçimlərə üstünlük verə bilərsiniz. Son illərdə ağır yeməklərdən çox, mədəni yormayan və paylaşılması asan olan hədiyyələr daha populyardır.Demokrat.az iftar dəvətləri üçün ən ideal hədiyyə variantlarını təqdim edir:Ramazan süfrəsinin tamamlayıcısı şirniyyat hesab olunur. Bu ayın ruhuna ən çox süd şirniyyatları, xüsusən də güllac yaraşır. Əgər klassikadan uzaqlaşmaq istəmirsinizsə, keyfiyyətli paklava və ya şokolad qutusu hər zaman düzgün seçimdir. Kiçik porsiyalarla təqdim olunan desertlər həm gözəl görünür, həm də israfın qarşısını alır.İftardan sonra bir çox insan ağır desertlər yerinə meyvələrə üstünlük verir. Mövsüm meyvələrindən ibarət rəngarəng səbət həm sağlam, həm də estetik hədiyyədir. Meyvələri hazır yuyulmuş və doğranmış şəkildə şüşə qablarda aparmaq isə ev sahibinin işini asanlaşdıran çox incə jestdir.İftarla sahur arasındakı çay saatlarının imtinaedilməz ləzzəti çərəzlərdir. Qoz, badam, fındıq, eləcə də qaysı və incirdən ibarət qutu həm faydalı, həm də daşınması asan hədiyyədir. Bu cür məhsullar uzun müddət qaldığı üçün ev sahibi tərəfindən sonradan da istifadə edilə bilər.Adətən içkilər hədiyyə kimi ağla gəlmir, lakin evdə hazırlanmış təbii limonad və ya ənənəvi Ramazan şərbəti rəğbətlə qarşılanır. Xüsusən uşaqlı ailələrə qonaq gedərkən təbii meyvə şirələri aparmaq düşünülmüş addımdır. Cazibədar görünüşə malik şüşə qablarda təqdim olunan bu içkilər süfrəyə xüsusi rəng qatır.Hədiyyənin mütləq yeməli olması şərt deyil. Zərif gül buketi və ya kiçik dibçək olduqca diqqətçəkən seçimdir. İzdihamlı iftar süfrələrində bəzən yemək bol olur, belə hallarda yadda qalan suvenir və ya dekorativ şam daha çox diqqət çəkə bilər.Aytən
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.